Prezidentdən kubalı həmkarına MƏKTUB

Prezidentdən kubalı həmkarına MƏKTUB

Hazırda oxunan: Prezidentdən kubalı həmkarına MƏKTUB

588436

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə bu ölkənin milli bayramı – Azadlıq Günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı məktubunda xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətlərinin hər iki xalqın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə inamını ifadə edib.

“Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO