Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

Hazırda oxunan: Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

588217

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə qanuna yeni maddə əlavə edilib:

"17.3. Aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir:

17.3.1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);

17.3.2. yardımçı və müvəqqəti tikililər;

17.3.3. istixanalar və anbar binaları;

17.3.4. istehsalat binaları;

17.3.5. fərdi yaşayış evləri;

17.3.6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri".

Dövlət başçısı "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 304-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar fərman da imzalayıb.

Fərmana əsasən, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına Energetika Nazirliyi nəzarət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO