XİN: "Somalilənd" regionunun tanınması beynəlxalq hüququn prinsiplərinə ziddir

XİN: "Somalilənd" regionunun tanınması beynəlxalq hüququn prinsiplərinə ziddir

Hazırda oxunan: XİN: "Somalilənd" regionunun tanınması beynəlxalq hüququn prinsiplərinə ziddir

587993

"Azərbaycan Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir".

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Somalidəki son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, Somali Federativ Respublikasının "Somalilənd" regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir:
 

"Azərbaycan öz ərazisində, beynəlxalq hüquqa zidd olaraq, xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübə yaşayıb.


Azərbaycan Respublikası bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti şəkildə sadiq qalır, beynəlxalq ictimaiyyəti məsuliyyətlə, beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO