Sahibə Qafarova Litva XİN rəhbəri ilə nələri müzakirə etdi? - FOTO

Sahibə Qafarova Litva XİN rəhbəri ilə nələri müzakirə etdi? - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Litva XİN rəhbəri ilə nələri müzakirə etdi? - FOTO

58771

Milli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri Gabrielius Landsbergislə görüşüb.

Bizim.Media xəbər verir ki, Azərbaycan parlament rəhbərini və onun başçılıq etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayan Gabrielius Landsbergis Azərbaycanla Litva arasında yaxşı əlaqələrin olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Vilnüsdə 13 yanvar qurbanlarını yad etdi - FOTO


Gabrielius Landsbergis Litvanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək, ümidvar olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrimizin daha da inkişafına töfhə verəcək və Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Sahibə Qafarova Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladıb.

Onun sözlərinə görə, Aİ ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

Milli Məclisin sədri ölkəmizin həyata keçirdiyi layihələr və mövcud olan investisya imkanları barədə məlumat verərək deyib ki, Ələt Azad İqtisadi Zonasına, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Araz Vadisi İqtisadi Zonasına, Ağdam Sənaye Parkına, aqroparklara, informasiya kommunikasiya texnologiyaları və bərpa olunan enerji sahələrinə investisiya qoyuluşu üçün çox gözəl imkanlar mövcuddur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO