AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

Hazırda oxunan: AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

587431

Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycan Hava Yollarına (AZAL) məxsus, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan Embraer 190 təyyarəsinin aviaqəzasının səbəblərini araşdırmaq üçün yaradılmış komissiya Texniki Xidmət üzrə Mərkəzinin (Central Maintenance Computer) tədqiqatı üzrə işlərin başa çatmasını gözləyir.
 

MÖVZU İLƏ BAĞLI: 

AZAL təyyarəsinin qəzası ilə bağlı təhqiqat illərlə davam edə bilər – RƏSMİ


Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin bəyanatında deyilir.

Bundan əlavə, komissiya münaqişə zonaları üzərindən və ya onlara yaxın ərazilərdə uçuşların həyata keçirilməsi zamanı risklərin qiymətləndirilməsinin təhlili üzrə işçi qrupun hesabatının hazırlanmasını gözləyir.

“Sorğu-istintaq komissiyası balanslı mövqe tutur və bütün nəticələr obyektiv olacaq, yalnız faktlara əsaslanacaq. Aviasiya hadisəsinin araşdırılmasının yekun hesabatı Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq”, — sənəddə bildirilir.

Həmçinin qeyd olunur ki, istintaq komissiyası tərəfindən iki işçi qrup yaradılıb. Birinci işçi qrup münaqişə zonaları üzərindən və ya onların yaxınlığında uçuşların həyata keçirilməsi zamanı risklərin qiymətləndirilməsinin təhlili ilə məşğuldur.
 

Komissiya Rusiya Federasiyasının və Azərbaycan Respublikasının aviasiya orqanları, eləcə də AZAL aviaşirkəti tərəfindən təqdim olunmuş, risklərin qiymətləndirilməsi prosedurlarının təşkili və icrasına dair sənədləri təhlil edir. Bu iş çərçivəsində uçuşların təhlükəsizliyinin təmin olunmasında mülki və hərbi sektorlar arasında qarşılıqlı əlaqə məsələləri də nəzərdən keçirilir.


Bu məsələnin öyrənilməsi araşdırmanın mühüm elementlərindən biridir və görülmüş tədbirlərin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyənləşdirməyə, eləcə də aviasiya hadisəsinin inkişafına təsir göstərə biləcək mümkün müdaxilələri aşkar etməyə yönəlib.

İkinci işçi qrup isə qalıqların rekonstruksiyası üzrə yaradılıb. Hidravlik sistemin fraqmentləri arasındakı məkan əlaqəsini bərpa etmək məqsədilə Aktau şəhərində hidravlik sistem №2-nin elementlərinin rekonstruksiyası aparılıb. İşlər başa çatıb, hazırda təhlil aparılır. Ekspertiza nəticələrinə görə partlayıcı maddələrin izləri aşkar edilməyib. Tədqiqata təqdim olunan üç oksigen balonunda da partlayış izləri müəyyən olunmayıb.

Həmçinin qəzaya uğrayan təyyarənin, ehtimala görə, döyüş başlığının zədələyici elementləri ilə zərər gördüyü bildirilir, lakin onların hansı mənsubiyyətə aid olduğu müəyyən edilməyib.
 

Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib: “Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq komissiyası bort özünüyazan qurğuların (qara qutuların) qeydlərini çıxarıb və deşifrə edib. Aviaqəza üzrə istintaqın nəticələri obyektiv olacaq və faktlara əsaslanacaq. Qazaxıstan fəlakətin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işi davam etdirir”. Eyni zamanda qeyd olunub ki, təyyarənin göyərtəsində partlayıcı maddələrin izləri aşkar edilməyib.


Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb.

İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO