Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Hazırda oxunan: Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

587087

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi böyük sevinc hissi ilə çatdırıram. Sizin fədakarlığınıza birbaşa şahid olan dost və həmkar kimi deyə bilərəm ki, liderliyə gətirdiyiniz səmimiyyət və güc məni həqiqətən ruhlandırır.
 

Sizin uzaqgörən rəhbərliyiniz Azərbaycanı rifahın və qlobal nüfuzun yeni zirvələrinə yüksəltmişdir, eyni zamanda sülhə, mədəni irsə və iqtisadi inkişafa sadiqliyiniz saysız-hesabsız insanın həyatına müsbət təsir göstərmişdir.


Beynəlxalq forumlar çərçivəsində və ikitərəfli görüşlərimiz, eləcə də Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında getdikcə möhkəmlənən əlaqələr məndə gələcəkdə dostluq və əməkdaşlığın daha da dərinləşəcəyi ilə bağlı nikbinlik hissi yaradır.

Bu əziz gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanı daha parlaq gələcəyə aparan fəaliyyətinizdə uğurlar arzulayıram”.

*** 21:37

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:

“Zati-aliləri.

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram.
 

Eyni zamanda Azərbaycanın inkişafında, regional və beynəlxalq mövqeyinin, rolunun artırılmasında əldə etdiyiniz mühüm nailiyyətlər münasibətilə də Sizi təbrik edirəm. Azərbaycan Respublikası davamlı şəkildə inkişaf edərək güclü, müasir bir ölkəyə, regional və qlobal məsələlərdə getdikcə daha təsirli aktora çevrilib.


Vətən müharibəsində qazanılan şanlı Qələbədən və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ədalətli və davamlı sülhün bərqərar olması, regionda inklüziv əməkdaşlığın inkişafı üçün göstərdiyiniz səylərdə Sizə uğurlar arzulayırıq.

Azad edilmiş torpaqların bərpası, yenidən qurulması və ölkənin iqtisadiyyatına inteqrasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsində əldə edilən irəliləyişlərə heyranıq.

Çox mürəkkəb və çətin xarici mühitdə liderliyinizi və beynəlxalq məsələlərdə prinsipial, ardıcıl mövqeyinizi yüksək qiymətləndiririk.

Cənab Prezident, regional təşkilat olaraq, müxtəlif layihələr həyata keçirməklə sülhün, sabitliyin və həmrəyliyin təşviqi üçün təşəbbüslərinizi dəstəkləməyə hazırıq. Həmçinin GUAM-ın üzv dövlətləri arasında bölüşmək üçün Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıyıq. Biz Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndiririk və bunun GUAM çərçivəsində daha da artırılmasını səbirsizliklə gözləyirik.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Güclü, müasir, demokratik Azərbaycanın daha da inkişafı ilə bağlı bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün Sizə möhkəm cansağlığı və tükənməz enerji arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO