Müharibədən sonra mina partlayışında 36 nəfər həlak olub - PREZİDENT AÇIQLADI

Müharibədən sonra mina partlayışında 36 nəfər həlak olub - PREZİDENT AÇIQLADI

Hazırda oxunan: Müharibədən sonra mina partlayışında 36 nəfər həlak olub - PREZİDENT AÇIQLADI

58703

Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistana missiya göndəriləcək - GÖRÜŞDƏ RAZILAŞMA


Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib.

Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.

Prezident İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO