“Rusiya Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
“Biz prezidentlərin Düşənbədə yaxın vaxtlarda baş tutmuş ikitərəfli görüşünün nəticələrini çox yüksək qiymətləndiririk”, — deyə o, söyləyib.
Qeyd edək ki, liderlər Moskva ilə Bakı arasında münasibətlərin kəskinləşməsindən sonra ilk dəfə Tacikistanın paytaxtındakı hökumət iqamətgahında görüşüblər.
Bizim.Media
































































































