Azərbaycan Ermənistanın enerji logistikasını necə dəyişir? – Erməni ekspertlərdən EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan Ermənistanın enerji logistikasını necə dəyişir? – Erməni ekspertlərdən EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan Ermənistanın enerji logistikasını necə dəyişir? – Erməni ekspertlərdən EKSKLÜZİV AÇIQLAMA

586238

Xəbər verdiyimiz kimi, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükünə start verilib. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salındı – VİDEO


Mövzu ilə bağlı Bizim.Media erməni jurnalist və blogerlərin fikirlərini öyrənib.

Tanınmış erməni jurnalist Natali Aleksanyan və erməni ekspert və fəal İşxan Verdyan bildirib ki, bu, Ermənistan enerji logistikasının memarlığını dəyişir.

Aleksanyan hesab edir ki, bu, sistemqurucu (struktur) əhəmiyyətə malik bir addım olacaq.

“Ermənistan Rusiyadan olan mütləq iqtisadi asılılığından xilas olur, Azərbaycan neft emalı sektoru isə müştəri kimi tamamilə yeni bir ölkə qazanır. Ümid edirəm ki, proses bundan sonra da mərhələli addımlarla irəliləyəcək. Arzu edirəm ki, yaxın zamanda həm təbii qaz, həm də digər sahələr üzrə əməkdaşlıqla bağlı müsbət xəbərlər alarıq”, - deyə N.Aleksanyan deyib.

Verdyan isə qeyd edib ki, benzin ixracı Ermənistan–Azərbaycan sülh prosesinin məntiqinə üzvi şəkildə uyğun gəlir:

“Hazırda baş verənlər, ölkələrimizin Rusiya Federasiyasından müstəqillik qazandığı 1991-ci ildə həyata keçirilməli olan addımlardır. Bu, bütün regionun inkişafı və tərəqqisi perspektivinə malik, itirilmiş imkanların geri qaytarılmasıdır. Benzin daşıyan tankerlərin yola düşməsi dövlət səviyyəsində bağlanmış ciddi ticarət razılaşmasının nəticəsidir. Ümid edirəm ki, bu razılaşma iqtisadiyyatın digər sahələrini də əhatə edəcək şəkildə genişlənəcək”, - deyə İ.Verdyan əlavə edib.

Xatırladaq ki, bu ilin noyabrında Qazaxıstandan və Rusiyadan gələn taxıl yükü Azərbaycandan tranzit keçməklə Ermənistana çatdırılmışdı.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO