Əhməd İsmayılov BƏƏ-nin Milli Media Bürosunun və Media Şurasının sədri ilə görüşüb - FOTO

Əhməd İsmayılov BƏƏ-nin Milli Media Bürosunun və Media Şurasının sədri ilə görüşüb - FOTO

Hazırda oxunan: Əhməd İsmayılov BƏƏ-nin Milli Media Bürosunun və Media Şurasının sədri ilə görüşüb - FOTO

585100

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında media və kommunikasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin, media subyektləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

O, sözügedən institusional tərəfdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.
 

Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed BƏƏ-də media siyasətinin prioritet istiqamətləri, rəqəmsal transformasiya və beynəlxalq media əməkdaşlığı çərçivəsində reallaşdırılan təşəbbüslər barədə məlumat verib.


O, Azərbaycan ilə media və kommunikasiya sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirərək, qurulan əməkdaşlığın hər iki ölkə üçün yeni imkanlar açacağını bildirib.

Görüşdə informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran təşəbbüs və layihələr üzrə əməkdaşlıq, görüşlərin, seminarların, təlimlərin və konfransların təşkili məsələləri müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO