Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ

Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ

Hazırda oxunan: Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ

58456

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 4-də komissiyanın iclası keçirilib. 

Toplantıda Şuşa Bəyannaməsi müzakirə olunub. 

İclasda Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da iştirak edib. O, Cənubi Qafqazın strateji bölgə olduğunu söyləyib. Nazir müavini bu regionda baş verən hadisələrin Türkiyə və Azərbaycanı yaxından maraqlandırdığını vurğulayıb. 
Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib və sənədin Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilməsini tövsiyə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO