“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsindən sonrakı vəziyyəti ilə bağlı söylədiyi sözlərin doğruluğunu təsdiq etmək istəyirəm. Mən bu şəhərdə iki dəfə olmuşam, öz gözlərimlə görmüşəm - ermənilər Şuşada hər şeyi dağıdıb, talayıblar!”
Bizim.Media xəbər verir ki, bu fikirləri “Milli Müdafiə”jurnalının baş redaktoru, politoloq İqor Korotçenko özünün teleqram kanalında qeyd edib.
Korotçenko ermənilərin Şuşada mədəniyyət abidələrinə qarşı vandalizm əməlləri törətdiyinə diqqət çəkib:
“Onlar orada “Xruşovka” tipli beşmərtəbəli bloklu binalarda yaşayırdılar, Şuşanın tarixi şəhər özəyi isə xarabalıqlarla dolu idi. Hər şey tamamilə məhv edildi! O cümlədən görkəmli memarlıq və mədəniyyət abidələri. Ermənilərin bütün işğal illərində Şuşada tikdikləri yeganə şey qondarma "Mxitaryanın villası" idi - burada dağların heyrətamiz mənzərələri fonunda erməni oliqarxları dincəlirdilər”.
Politoloqların fikrincə, ermənilərin törətdikləri vandallıqların iki səbəbi ola bilər:
“Niyə qədim xalq olduqlarını iddia edən ermənilər Şuşada mədəni soyqırım törədiblər? Görünür, iki səbəb var. Birincisi, Şuşa Azərbaycan şəhəridir, ona görə də ermənilər onu qəsdən dağıdıblar. Çünki öz şəhərləri olsa idi bunu etməzdilər. İkincisi, başa düşürdülər ki, gec-tez oradan getməli olacaqlar, işğal əbədi olmayacaq, əsl sahiblər gəlib Şuşanı azad edəcəklər. Və belə də oldu”.
Korotçenko işğaldan azad olunduqdan sonra Şuşada görülən bərpa işləri ilə bağlı da fikirlərini bölüşüb:
“Ona görə də mən ermənilərin Şuşasız əzab-əziyyətlə bağlı “inlədiyini” eşidəndə fikirləşirəm: nə yaxşı ki, onlar artıq orada deyillər. Cəmi il yarım ərzində Heydər Əliyev Fondunun sayəsində Şuşada onlarla tarixi, mədəni və memarlıq abidəsi sözün əsl mənasında küllərindən bərpa edilib. Və bu hələ başlanğıcdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:07 / 03.02.2022
Korotçenko erməniləri ifşa etdi: “Şuşada tək tikdikləri Mixtaryanın villasıdır”
Hazırda oxunan: Korotçenko erməniləri ifşa etdi: “Şuşada tək tikdikləri Mixtaryanın villasıdır”
Hazırda oxunan: Korotçenko erməniləri ifşa etdi: “Şuşada tək tikdikləri Mixtaryanın villasıdır”
58408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.