“Azərbaycan özünün prinsipial və praqmatik xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv əməkdaşlığa sadiqdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, əhəmiyyətli nəticələrin əldə olunması üçün birgə həll yolları və konstruktiv əməkdaşlıq vacibdir.
“Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat adaptasiya etməyi bacarmalı və nəzərəçarpacaq nəticələr əldə etməlidir.
Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensus prinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti və qərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır.
Bu anlayışla ATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışların aradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri ilə konstruktiv əməkdaşlığa hazırıq”, - deyə C.Bayramov vurğulayıb.
Bizim.Media
































































































