İlham Əliyev Çin liderinə başsağlığı verdi

İlham Əliyev Çin liderinə başsağlığı verdi

Hazırda oxunan: İlham Əliyev Çin liderinə başsağlığı verdi

582871

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI


"Hörmətli cənab Sədr,

Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".


Qeyd edək ki, noyabrın 26-da Honkonqun şimalında yerləşən Tay Po rayonundakı səkkizbloklu, 1900 mənzilli “Van Fuk Kort” yaşayış kompleksində yanğın baş verib. Yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO