Ərdoğan: “Xəzərdən keçən dəhliz layihəsini inkişaf etdiririk”

Ərdoğan: “Xəzərdən keçən dəhliz layihəsini inkişaf etdiririk”

Hazırda oxunan: Ərdoğan: “Xəzərdən keçən dəhliz layihəsini inkişaf etdiririk”

581846

Cənubi Afrika Respublikasında keçiriləcək 20-ci G20 Liderlər Zirvəsi üçün nəşr olunan kitabda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da diqqətçəkən fikirləri yer alıb.

Bizim.Media Teleqraf-a istinadən xəbər verir ki, nəşrdə Türkiyə liderinin BMT Baş Assambleyasının bu ilin sentyabrında Nyu Yorkda keçirilən sammitindəki çıxışı “Daha ədalətli bir dünya mümkündür” başlığı ilə verilib.

Kitabda Ərdoğanın belə bir fikri əks olunub:

“Mövcud sınaqlarla uğurlu mübarizə üçün Ümumdünya Ticarət Təşkilatının iştirak etdiyi qaydalara əsaslanan beynəlxalq ticarətdə islahatları dəstəkləyirik.
 

Ucuz, təhlükəsiz və davamlı enerji əldə etməyi xüsusən inkişaf etməkdə olan ölkələrin inkişaf hədəflərinə çatması üçün vacib hesab edirəm. Çindən Avropaya uzanan və strateji əhəmiyyətə malik Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizi layihəsini inkişaf etdiririk.


Müasir nəqliyyat infrastrukturu və Bakı-Tiflis-Qars xətti ilə dünya ticarətinin inkişafına töhfə veririk”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO