Prezidentin qızları və gəlini Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar - FOTO

Prezidentin qızları və gəlini Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar - FOTO

Hazırda oxunan: Prezidentin qızları və gəlini Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar - FOTO

581815

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər.

Bizim.Media xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley”in yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul etdiyini deyib.
 

Bildirib ki, burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.


Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva fermer təsərrüfatında yaradılan şəraitlə yaxından tanış olub, məhsullara baxış keçirib, burada çalışan əməkdaşlarla səmimi söhbət edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda təsərrüfatın kollektivi ilə xatirə foto şəkilləri çəkdirilib.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO