Ukraynada KORRUPSİYA QALMAQALI – Siyasi böhran fonunda Zelenskini NƏ GÖZLƏYİR?

Ukraynada KORRUPSİYA QALMAQALI – Siyasi böhran fonunda Zelenskini NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Ukraynada KORRUPSİYA QALMAQALI – Siyasi böhran fonunda Zelenskini NƏ GÖZLƏYİR?

581727

Rusiya ilə ölüm-dirim mübarizəsi aparan Ukrayna eyni zamanda, daxildə ciddi korrupsiya qalmaqalları ilə üz-üzədir. Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) “Enerqoatom”da ciddi korrupsiya sxemi aşkarlayıb.

Şəbəkədə hansı məmurlar var?

İstintaqın gəldiyi qənaətə görə, sxemin icraçısı Prezident Zelenskinin yaxın tərəfdaşı, “Kvartal-95” studiyasının həmtəsisçisi Timur Mindıç olub.

İş üzrə artıq “Enerqoatom”un təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov, İqor Mironyuk və keçmiş baş nazir müavini Aleksey Çernışov həbs olunub.

Habelə “Enerqoatom” ətrafında korrupsiya qalmaqalında şübhəli bilinən ədliyyə naziri German Qaluşenko və energetika naziri Svetlana Qrinçuk istefa veriblər.

Milli Antikorrupsiya Bürosunun (NABU) istintaq zamanı apardığı minlərlə saatlıq telefon dinləmələri nəticəsində korrupsiya sxeminin başında duran şəxsin Ukrayna Prezident Aparatı Ofisinin rəhbəri Andrey Yermak (Əli Baba ləqəbi ilə) olduğu üzə çıxıb.

Görəsən, Ukraynadakı korrupsiya qalmaqalı fonunda Prezident Zelenskini nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, Rusiya ilə aparılan müharibənin həlledici mərhələsində birdən-birə Ukraynada korrupsiya məsələsinin qabardılması təsadüfi deyil:

“Fikrimcə, bu da müharibənin komponentlərindən biri kimi, nəzərdən keçirilməlidir. Məsələ ondadır ki, 3 il yarımdan çox davam edən müharibədə Zelenski böyük itkilər verdiyi kimi, xeyli sayda müttəfiq də itirib. Avropada Kiyevin əleyhdarları daha açıq və qətiyyətli mövqe nümayiş etdirməyə başlayıb. Avropa İttifaqının vahid mövqeyi tədricən zəifləməyə başlayıb. Hazırkı şəraitdə ABŞ-ın 28 maddədən ibarət yeni sülh təklifinin gündəmə gəlməsilə paralel Ukraynada korrupsiya məsələsinin ortaya atılması qlobal rezonans doğurub”.

Deputat qeyd edib ki, korrupsiya məsələsinin gündəmə gətirilməsi, daha çox Zelenski və onun komandasının Amerikanın təklif etdiyi sənədlə razılaşmaları üçün edilən təzyiqdir:

“Amma bu o demək deyil ki, Zelenskinin komandası daxilində korrupsiya halları olmayıb və buna göz yummaq lazımdır. Böyük ehtimalla belə bir hadisə baş verib. Amma hazırkı şəraitdə sülh əldə edildikdən sonra korrupsiya məsələsi gündəmə gətirilsəydi, daha şəffaf araşdırmalar aparmaq mümkün olardı”.

Prezident Zelenskinin aqibətinə gəlincə...
 

Həmdöhbətimiz düşünür ki, Zelenskinin gələcəyi həm də Vaşinqtonun təqdim etdiyi 28 maddəlik sülh təklifinə onun münasibətindən asılı olacaq:


“Bütün hallarda sözügedən sənəddə nəzərdə tutulduğu kimi, razılaşma əldə edilərsə, ardınca 100 gün ərzində yenidən Prezident seçkiləri keçiriləcək və Zelenskinin əsl taleyi də məhz onda bəlli olacaq”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO