Zakir Həsənov Ankarada Hulusi Akarla nəyi müzakirə edib? - FOTO

Zakir Həsənov Ankarada Hulusi Akarla nəyi müzakirə edib? - FOTO

Hazırda oxunan: Zakir Həsənov Ankarada Hulusi Akarla nəyi müzakirə edib? - FOTO

0:00
0:00
58147

Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Türkiyədə həmkarı Hulusi Akarla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Səhər saatlarında Ankaraya gələn Zakir Həsənov ilk növbədə “Anıtqəbir”i ziyarət edib. Ziyarət çərçivəsində Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyulub, “Misak-i Milli Kulesi”ndə Azərbaycan Müdafiə naziri “Anıtqəbir özəl dəftəri” imzalayıb.

“Atatürkün xatirəsini hər zaman qəlbimizdə anırıq. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı”, - deyə Z.Həsənov xatirə dəftərində qeyd edib.

Daha sonra Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında görüş başlayıb. Nazirlər görüşdə ikitərəli münasibətlərlə yanaşı, həmçinin regional məsələləri də müzakirə edəcək.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir. Nazirlərin görüşündə həmçinin Moskvada əldə olunan razılaşmaların Hulusi Akar tərəfindən azərbaycanlı həmkarına çatdırılması da gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO