Rusiya NATO-ya hücuma hazırlaşır – Hədəfdə bu ÖLKƏLƏR VAR

Rusiya NATO-ya hücuma hazırlaşır – Hədəfdə bu ÖLKƏLƏR VAR

Hazırda oxunan: Rusiya NATO-ya hücuma hazırlaşır – Hədəfdə bu ÖLKƏLƏR VAR

581226

Son zamanlar bəzi NATO ölkələrinin rəsmiləri alyansa qarşı Rusiya təhlükəsinin real ola biləcəyilə bağlı daha geniş müstəvidə həyəcan təbili çalmağa başlayıblar.

Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuata açıqlamasında bildirib ki, Rusiya 2029-cu ildən etibarən öz ordusunu kifayət qədər bərpa edib NATO-nun şərqdəki üzvlərinə hücum edə bilər.

Onun fikrincə, NATO-nun 2029-cu ildə Rusiyanın hücum təhlükəsi ilə üzləşməsi mümkündür.

Xatırladaq ki, bu sözügedən mövzuda Almaniya rəsmiləri tərəfindən səslənən ilk belə fikir deyil. Hələ oktyabr ayında Almaniya kəşfiyyat xidmətinin rəhbəri Martin Yeger Rusiyanın 2029-cu ilə qədər NATO ilə birbaşa hərbi toqquşmaya hazır ola biləcəyini söyləmişdi.

Qeyd edək ki, Almaniya rəsmilərinin bənzər açıqlamaları ölkənin silahlanmaya və ordunu gücləndirməyə mühüm önəm verdiyi bir vaxta təsadüf edir. Digər Avropa ölkələri kimi Almaniya da hərbi xərcləri artırmaq yolunu tutub. Berlin həmçinin son zamanlara qədər Ukraynaya verməkdə tərəddüd etdiyi “Patriot” sistemlərini də Kiyevə göndərməyə başlayıb.

Bəs pronqozlar reallaşarsa, hansı NATO ölkələri Rusiyanın hədəfində olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, Rusiyanın NATO-nun hər hansı bir ölkəsinə hücumu baş versə, bu alyansa üzv olan bütün ölkələrə hücum demək olacaq:

“Bu halda isə bloka daxil olan bütün ölkələr Rusiya ilə müharibəyə başlamalı olacaqlar. Nəticədə İkinci Dünya Müharibəsindən sonra Avropanın mühüm hissəsi sovet Rusiyasının caynağına keçdiyi kimi, bu dəfə də anoloji proses təkrarlana bilər”.

Ekspert düşünür ki, Rusiyanın NATO-ya hücum ehtimalı baş verərsə, ilk növbədə Polşa və Baltikyanı ölkələr Moskvanın hədəfində olacaq:

“Ardınca ruslar uğur qazanacaqları təqdirdə Avropanın daha dərinliklərinə doğru irəliləyəcəklər. Bunun nə qədər real, nə qədər xəyal olduğunu söyləmək indiki məqamda çətindir. Çünki Rusiya Ukrayna kampaniyasını hələ də bitirə bilməyib. Ona görə də hazırkı vəziyyətdən çıxış etsək, Rusiyanın NATO ilə birbaşa toqquşmaya getməsi real deyil”.

İ. Rüstəmli qeyd edib ki, Rusiyanın bütün Avropanı sovetlər dövründəki vəziyyətə qaytarmaq planı var:

“Moskvanın indi əsas məqsədi başqa formatda olsa da, sovet ittifaqı ərazisini bərpa etməkdən ibarətdir. Bu Rusiyanın gizli planlarından biridir. Eyni zamanda, onun Avropaya qarşı da anoloji planı mövcuddur. Bu planın reallaşdırılması Rusiyanın strateji məqsədidir”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO