İlham Əliyev: “Bəzi ölkələrdə islamofobiya sistemli xarakter alır”

İlham Əliyev: “Bəzi ölkələrdə islamofobiya sistemli xarakter alır”

Hazırda oxunan: İlham Əliyev: “Bəzi ölkələrdə islamofobiya sistemli xarakter alır”

580840

Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan İslam Sivilizasiyası Mərkəzi Şavkat Mirziyoyevin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisidir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

O, qeyd edib ki, bəzi ölkələrdə İslam dininə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır:

"İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO