Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirildi.
Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək, bu xüsusda dövlətimizin başçısının Mərkəzi Asiya DövlətBaşçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunuldu.
Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.
***14:27
Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.



Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:09 / 15.11.2025
İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB/FOTO
Hazırda oxunan: İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB/FOTO
Hazırda oxunan: İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB/FOTO
580713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































