İlham Əliyev: “Diplomatik nümayəndəliklərə qarşı bu cür hücumlar qəbuledilməzdir”

İlham Əliyev: “Diplomatik nümayəndəliklərə qarşı bu cür hücumlar qəbuledilməzdir”

Hazırda oxunan: İlham Əliyev: “Diplomatik nümayəndəliklərə qarşı bu cür hücumlar qəbuledilməzdir”

580589

Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.

Bizim.Media xəbər verir ki, Azərbaycan dövlət başçısı bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Zelenski arasında telefon danışığı


Prezident İlham Əliyev bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndəliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb.

Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bununla bağlı ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib. Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO