Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr ediblər.





Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:10 / 08.11.2025
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər – FOTO/VİDEO
579535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































