Ceyhun Bayramov: “Paşinyan Prezidentə demişdi ki, bunu etsəm, məni öldürərlər” – VİDEO

Ceyhun Bayramov: “Paşinyan Prezidentə demişdi ki, bunu etsəm, məni öldürərlər” – VİDEO

Hazırda oxunan: Ceyhun Bayramov: “Paşinyan Prezidentə demişdi ki, bunu etsəm, məni öldürərlər” – VİDEO

579514

“May ayında Nikol Paşinyan hakimiyyətə gəldi. Prezident İlham Əliyevin onunla ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə oldu. Bu görüş bir saatdan artıq çəkmişdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.
 

“Paşinyan hakimiyyətə yeni gəldiyi üçün vaxt istəmişdi. Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması, hətta qarşı tərəfdən atəşkəsin pozulması olduğu hallarında belə qarşılıq verilməməsi ilə bağlı tapşırıq verdi.


İlk görüşdən təxminən 6 ay sonra ( 2019-cu ilin mart ayı) Nikol Paşinyan mövqeyini tam dəyişir.

Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəyəm.

Və hətta belə maraqlı bir arqument də gətirir ki, mən bunu etsəm, məni öldürərlər” – deyə nazir bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO