Ceyhun Bayramov: “İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi”

Ceyhun Bayramov: “İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi”

Hazırda oxunan: Ceyhun Bayramov: “İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi”

579486

“Prezident İlham Əliyev Ermənistanla danışıqlar nəticəsində israrla üç rayondan – Laçın, Kəlbəcər və Ağdamdan dəqiq çıxma tarixi, Üçtərəfli Bəyanatın müddətli olması və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması tələblərinin sənədə daxil edilməsinə nail oldu. Orada məhz "erməni" sözü işlədildi ki, sonra bizlə söz oyunu oynamasınlar. Bu əsasda biz sonradan onların Üçtərəfli Bəyanatı pozduqlarını açıq və rahat şəkildə sübut etdik".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.

“Müharibənin başa çatması zamanı Üçtərəfli Bəyanatı imzalamaq ən uyğun seçim idi. Çünki bu olmasa, çox fərqli ssenarilər ilə üzləşə bilərdik. Məsələn, Kəlbəcər və Laçının müdafiəsini bilavasitə Ermənistan ərazisindən təmin etmək olar, çünki Ermənistanla sərhəddir və biz həmin əraziləri azad edərkən mülki şəxslər də vurula bilərdi”, - C. Bayramov deyib.

XİN başçısı həmçinin qeyd edib ki, Ermənistan KTMT üzvüdür:”Əgər biz həmin əraziləri silahla azad etsəydik, nə qədər itkilər verəcəkdik. Əgər biz sülhməramlıların yerləşdirilməsinə razı olmasaydıq, dünyada çox təhlükəli ittihamlarla üzləşəcəkdik. Həmin dövr üçün Üçtərəfli Bəyanat ən doğru seçim idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO