Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

Hazırda oxunan: Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

579318

“Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilər geri qaytarıldıqdan sonra Ermənistanla hərbi əməliyyatları dayandırmaq qərarı verərək həqiqi dövlət adamı düşüncəsinin nümunəsini nümayiş etdirib”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”da yayımlanan biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 8 avqustda Oval kabinetdə keçirilən görüş zamanı Tramp, Paşinyanın da olduğu şəraitdə, Azərbaycan prezidentinə belə sual verib:
 

“Niyə dayandınız? Sizin qələbəniz vardı, sizin böyük ordunuz var idi” Azərbaycanın dövlət başçısı isə cavab verib:


“Mən bizdən alınanı geri qaytarmaq istəyirdim. Daha artığına ehtiyacım yoxdur”.

Bu, liderliyin heyrətamiz bir nümunəsi idi”,  - deyə Uitkoff vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO