“İnsanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı” - Prezident 

“İnsanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı” - Prezident 

Hazırda oxunan: “İnsanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı” - Prezident 

57923

“Mənim təkcə bugünkü proqramıma nəzər salsaq, görərik ki, bir çox önəmli obyektin açılışı oldu, təməlqoyma mərasimi oldu. Onların içində, əlbəttə ki, “ASAN xidmət” Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm”.  

Bizim.Media xəbər verir ki, bunu  Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a verdiyi müsahibədə deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

“On səkkiz ildir ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam” – İlham Əliyev 


Dövlət başçısı bildirib ki, bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılıb:

“Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır.
 

Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı.


Ona görə mənim göstərişimlə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO