Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident NATO nümayəndə heyətini qəbul etdi – FOTO
Dövlət başçısı bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.
Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.
Bizim.Media



























































































