Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşdü – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşdü – FOTO

579073

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə Dövlət Naziri Stiven Daudti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim.
 

Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq.


Həmçinin bu axşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!", - paylaşımda qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO