İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə saldı

İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə saldı

Hazırda oxunan: İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə saldı

57906

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

Bizim.Media xəbər verir ki, bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Dövlət Dram Teatrının yeni binasının açılışında


Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var.

Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir.

Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə salıb.

“ASAN xidmət” konsepsiyasının mühüm tərkib hissələrindən biri könüllülərdir. İndiyədək prosesə 28 mindən çox könüllü gənc qoşulub.

Onlar tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib. 2700-dən çox könüllü isə “ASAN kadr” portalı vasitəsilə işlə təmin olunub.


Yarandığı ilk gündən ASAN vətəndaş məmnunluğu əmsalına görə fərqlənib. İndiyədək mərkəzlərə 7 milyon 710 mindən çox vətəndaşın 50 milyona yaxın müraciəti daxil olub. Vətəndaşların məmnunluq əmsalı isə 99,5 faizə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO