Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Hazırda oxunan: Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

578941

Bakıda Fransa və Azərbaycan diplomatları arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X" Hesabında paylaşım edib.

"Bu gün Azərbaycan və Fransa diplomatları arasında hərtərəfli və səmərəli müzakirələr keçirilib.

Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertran Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Azərbaycan-Fransa münasibətlərini və regional məsələləri müzakirə etmək üçün Bakıya gəliblər", - diplomat qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO