“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı – FƏRMAN

“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı – FƏRMAN

Hazırda oxunan: “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı – FƏRMAN

578863

Prezident İlham Əliyev “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmanda deyilir ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.

Fərmana əsasən, dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi (bundan sonra – Sistem) yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO