Səfir: “Müharibədə qalib və sülhdə qətiyyətli olan Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır”

Səfir: “Müharibədə qalib və sülhdə qətiyyətli olan Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır”

Hazırda oxunan: Səfir: “Müharibədə qalib və sülhdə qətiyyətli olan Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır”

578707

Azərbaycanın Çindəki səfirliyində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Pekindəki diplomatik missiyaların rəhbərlərinin, hərbi attaşelərin, Çin ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələrinin, Çində təhsil alan və çalışan azərbaycanlıların qatıldıqları tədbirdə çıxış edən səfir Bünyad Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu qərarın ölkəmizin müasir tarixinin iki mühüm hadisəsini - Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümü kimi iki mühüm hadisəni özündə birləşdirdiyini deyib.
 

“Bu iki mühüm hadisə birlikdə müasir Azərbaycan dövlətçiliyinin təməli olan Konstitusiyamızda əks olunmuş qanunun aliliyini, eyni zamanda, çətin qazanılan müstəqilliyini, xalqımızın vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyünün bərpasını simvolizə edir”, - deyə B.Hüseynov vurğulayıb.


Qeyd olunub ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya sabit idarəetmə sisteminin, vətəndaşların hüquqlarının qorunmasının və milli suverenliyin institusionallaşdırılmasının əsasını qoyub. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri üzərində suverenliyini bərpa edərək, xalqımızın birliyini və gücünü bir daha təsdiqləyib.

“Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası konstitusiya dəyərlərini və beynəlxalq hüquq normalarını rəhbər tutan müasir, güclü və suveren dövlətdir.

Müharibədə qalib və sülhdə qətiyyətli olan ölkəmiz regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır”, - deyən diplomat əlavə edib ki, ölkəmiz milli maraqlarını və təhlükəsizliyini uğurla müdafiə etməklə yanaşı, regionda sabitliyə və əməkdaşlığa töhfələr verir.
 

Səfir B.Hüseynov tədbirin xüsusi qonağı - Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunan polkovnik-leytenant Vüqar Abduləzimovun simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda haqlı mübarizəsinin iştirakçılarının qəhrəmanlığını xalqımızın heç vaxt unutmayacağını deyib.


Sonra musiqiçilər Çilənay Bədəlova, Cavid Mehdiyev, Cəlal Kərimov və Emin Kazımzadənin ifasında Azərbaycan musiqisinin inciləri təqdim edilib, ölkəmizə aid videoçarxlar nümayiş olunub.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO