Belarus səfiri: "Qarabağa hər səfərimdə Azərbaycan xalqı adından qürur hissi keçirirəm”

Belarus səfiri: "Qarabağa hər səfərimdə Azərbaycan xalqı adından qürur hissi keçirirəm”

Hazırda oxunan: Belarus səfiri: "Qarabağa hər səfərimdə Azərbaycan xalqı adından qürur hissi keçirirəm”

578479

"Bu mənim Qarabağa yeddinci səfərimdir. Buraya hər səfərimdə Azərbaycan xalqı adından qürur hissi keçirirəm".

Bizim Media xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç deyib.

"Əvvəla ona görə ki, işğal olunmuş ərazilər artıq azad olunub. İkincisi isə burada aparılan işlərə görə. Sakinlərin öz doğma yurdlarına qayıtması, Böyük Qayıdış üçün layihələr həyata keçirilir.
 

Yaşayış yerlərinin ətrafında yeni iş yerləri açılır. Görülən işlər gələcək nəsillərin rifahı, burada əsrlərlə yaşamaqları üçündür.Hazırda Zəngəzur dəhlizində olmaq tranzit ölkə üçün simvolik olaraq çox vacibdir.


Belarus da tranzit ölkədir və bu kimi bir çox məsələlərdə oxşarlıqlarımız var.

Həmçinin nəqliyyat dəhlizi ilə bağlı ortaq layihələrimiz də var", - deyə o bildirib.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO