İlham Əliyev və Putin Bakıda həbs olunan rusiyalıların məsələsini müzakirə edib – Peskov

İlham Əliyev və Putin Bakıda həbs olunan rusiyalıların məsələsini müzakirə edib – Peskov

Hazırda oxunan: İlham Əliyev və Putin Bakıda həbs olunan rusiyalıların məsələsini müzakirə edib – Peskov

577845

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Bakıda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən rusiyalıların məsələsini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya Federasiyası liderlərin görüşünün nəticələrini yüksək qiymətləndirir və aparılan danışıqlar Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yeni bir səhifə açmağa kömək edəcək.

Xatırladaq ki, iyulun 1-də Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Onlar barəsində iyulun 1-də Səbail rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Oktyabrın 28-də isə Səbail Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO