Calaqaniya azərbaycanlıların yığcam yaşadıqları bölgəyə yeni qubernator təyin edildi

Calaqaniya azərbaycanlıların yığcam yaşadıqları bölgəyə yeni qubernator təyin edildi

Hazırda oxunan: Calaqaniya azərbaycanlıların yığcam yaşadıqları bölgəyə yeni qubernator təyin edildi

577835

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlya Calaqaniyanı azərbaycanlıların daha çox yaşadıqları Kvemo-Kartli regionunun dövlət nümayəndəsi (qubernatoru) təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
 

Məlumata görə, Baş nazir İrakli Kobaxidze Calaqaniyaya regionda davam edən, eləcə də planlaşdırılan layihələrin səmərəli icrasında onun rolunun vacibliyini vurğulayıb.


İrakli Kobaxidze qeyd edib ki, layihələrin keyfiyyətli və vaxtında həyata keçirilməsi ilə yanaşı, yerli əhalinin ehtiyaclarına və mövcud çağırışlara operativ reaksiya vermək əsas prioritetlərdən biridir.

Yeni təyinatla bağlı keçirilən iclasda Baş nazir, həmçinin bildirib ki, Kvemo-Kartli regionunun inkişafı məsələləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Kaxa Gülədani tərəfindən xüsusi diqqətdə saxlanılacaq.
 

Qeyd edək ki, İlya Calaqaniya ixtisasca hüquqşünasdır. O, bundan əvvəl Kvemo-Kartli üzrə dövlət nümayəndəsinin birinci müavini vəzifəsində çalışıb. Calaqaniyanın dövlət idarəçiliyi və hüquq-mühafizə orqanlarında uzun illər iş təcrübəsi var.


O, müxtəlif bölgələrdə rayon prokuroru vəzifəsində çalışıb və hüquq-istintaq sahəsində peşəkar təcrübəyə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO