Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilir.
Bizim.Media xəbər verir ki, konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub.
Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edir.
Qonaqlar arasında Pakistan Senatının sədri Syed Yusuf Rza Gilani, Belarus Milli Assambleyasının Respublika şurası sədr müavini Valdislav Tatarinoviç, Tacikistan parlamentinin nümayəndələr palatasının sədri Fayzali İdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, Kamboca parlament sədrinin müavini Sot Vonq və beynəlxalq parlament konfransının digər iştirakçıları var.
Günay Şahmar, Bizim.Media































































































