Ceyhun Bayramov: “Türkiyə ən qüdrətli ölkələrdən birinə çevrilib” - FOTO

Ceyhun Bayramov: “Türkiyə ən qüdrətli ölkələrdən birinə çevrilib” - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov: “Türkiyə ən qüdrətli ölkələrdən birinə çevrilib” - FOTO

577749

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, nazir bununla bağlı "X"dəki hesabında paylaşım edib.

"29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən təbrik edirəm.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO