Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində sədr Saqr Qobaş ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:50 / 28.10.2025
BƏƏ-nin Federal Milli Şurasının sədri Azərbaycana gəldi
Hazırda oxunan: BƏƏ-nin Federal Milli Şurasının sədri Azərbaycana gəldi
Hazırda oxunan: BƏƏ-nin Federal Milli Şurasının sədri Azərbaycana gəldi
577652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































