ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası səkkiz ay ərzində güc tətbiq etmədən səkkiz beynəlxalq münaqişəni sona çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Yaponiyanın Kanafava prefekturasında yerləşən “USS George Washington” daşıyıcı gəmi üzərində ABŞ hərbçiləri qarşısında çıxış edərkən danışıb.
Trampın sözlərinə görə, onun siyasətinə aid etdiyi münaqişələrin həlli arasında Kosovo ilə Serbiya, Kongo ilə Rvanda, Pakistan ilə Hindistan, İsrail ilə İran, Misir ilə Efiopiya, Ermənistan ilə Azərbaycan və Qəzza sektorundakı döyüş əməliyyatları daxildir.
“Səkkiz ay ərzində səkkiz müharibəni sona çatdırdım. Bizə məlum olan heç bir prezident müharibələri bitirməyib, çoxu isə əksinə yeni müharibələr başlayıb,” – deyə Tramp bildirib.
O, həmçinin Malayziyada Kamboca ilə Tayland arasında imzalanan sazişi xatırladıb.
ABŞ lideri vurğulayıb ki, “tariflər və ticarət” əsas təzyiq alətləri olub, bu da hərbi güc tətbiq etmədən problemi həll etməyə imkan verib: “Milyonlarla həyatı xilas etdik, əsasən sözdən istifadə edərək hərəkət edə bildik.”
Eyni zamanda Tramp qeyd edib ki, ABŞ dünyanın ən güclü və qüdrətli silahlı qüvvələrinə malikdir: “Heç kimin bizim kimi silahları yoxdur və tezliklə onlar əvvəlkindən də güclü və qüdrətli olacaq.”
Xüsusilə o, ABŞ Hərbi Dəniz Qüvvələrini qeyd edərək, heç kimin Amerika donanmasını təhdid etməyə cəsarət etməyəcəyini vurğulayıb:
“Çünki heç kimin ABŞ-ın sahib olduğu gəmilər və silahlar kimi vasitələri yoxdur”.
Bizim.Media
































































































