Kilsə, revanş və keçmişin illüziyaları: Ermənistan cəmiyyətində təmizlənmə MƏRHƏLƏSİ

Kilsə, revanş və keçmişin illüziyaları: Ermənistan cəmiyyətində təmizlənmə MƏRHƏLƏSİ

Hazırda oxunan: Kilsə, revanş və keçmişin illüziyaları: Ermənistan cəmiyyətində təmizlənmə MƏRHƏLƏSİ

577008

8 avqust 2025-ci ildə əldə olunan Vaşinqton razılaşmalarıCənubi Qafqaz üçün yeni səhifə açdı.

Təqdirəlayiq haldır ki, artıq davamlı sülhün əldə olunması üçün bütün sahələrdə təşəbbüslər var. Azərbaycan və Ermənistan diplomatik, iqtisadi və hətta vətəndaş cəmiyyəti səviyyəsində təmaslara başlayıb.
 

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın Ermənistanla yük tranziti məhdudiyyətlərinin hamısını aradan qaldırması təkcə iki ölkə üçün yox, həm də region üçün böyük hadisədir. Artıq Orta Asiyadan gələn ilk yüklər Azərbaycan üzərindən Ermənistana çatdırılıb.


İqtisadi-siyasi sahə ilə paralel vətəndaş cəmiyyətləri də ilkin təmaslara başlayıb. Oktyabrın 21-də bir qrup azərbaycanlı ekspert İrəvana gedib. Səfər çərçivəsində erməni vətəndaş cəmiyyətinin və siyasi dairələrin nümayəndələri ilə görüşlər baş tutub. Təbii ki, 37 illik zaman fasiləsindən sonra vətəndaş cəmiyyəti nümayəndələrinin vasitəçi olmadan bir araya gəlməsi pozitiv hadisədir. Çünki xalqların yanaşması davamlı sülhə daha böyük zəmanət yaradır və düşmənçilik hisləri geri plana keçir.

Davamlı sülh kimlərin maraqlarına cavab vermir?

Göründüyü kimi, Vaşinqton razılaşmaları artıq öz müsbət nəticələrini verir. Lakin həm Ermənistandakı dağıdıcı qüvvələr, həm də bəzi xarici dövlətlər Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir. Çünki Cənubi Qafqaza davamlı sülhün gəlməsi onların maraqlarına xidmət etmir. Ona görə də bu cür destuktiv qüvvələr prosesə əngəl olmağa çalışırlar.

Bu məsələdə Ermənistandakı revanşistlər daha çox fəllıq göstərir. Siyasi cəhətdən tükənən və eloktoratlarını tamamilə itirən Sarkisyan-Köçəryan cütlüyü uzun illər topladıqları kapitalla öz təxribatlarını davam etdirirlər. Bu gün onların davamlı şəkildə erməni cəmiyyətinə ötürdüyü mesaj ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunsa, guya bu “Ermənistanın məhvi” ilə nəticələnəcək. Bu sərsəm ideyanın təbliği üçün təbii ki, siyasi cəhətdən savadsız gənclərdən, Qarabağdan könüllü gedən ermənilərdən və kilsənin xidmətlərindən yararlanırlar.

Bu gün Ermənistanda hakimiyyətə qarşı çıxan iki qüvvə var.

Biri Qarabağdan gedən ermənilər, digəri isə kilsədir. Qarabağdan gedən ermənilərin tələbləri onların faşist düşüncə təbliğatına məruz qalmaları ilə əlaqələndirilə bilər. Doğrudur, oxşar təbliğat kampaniyası uzun illər Ermənistanda da aparılıb. Ancaq Qarabağdan könüllü gedən ermənilər bu məsələdə daha radikaldırlar.  

Kilsə faktoru

Sülh prosesinə əngəl olmaq istəyən ikinci qüvvə isə erməni kilsəsidir. Nəzərə alaq ki, Ermənistanda din dövlətdən ayrı deyil. Kilsə Ermənistan büdcəsindən maliyyələşir. Hökumətdə də kilsənin xüsusi söz haqqı var. Üstəlik, əvvəlki dövrlərdə ictimai fikrin formalaşmasında kilsənin rolu böyük olub. Təbii ki, ultra-millətçiliyin və türklərə qarşı nifrətin alovlandırılmasında kilsə xüsusi rol oynayıb. Bu gün də Eçmiedzin sülh haqqında heç nə eşitmək istəmir. Bunununla paralel, xalqı sərsəm ideyaların ardınca getməyə səsləyir.

Onu da qeyd edək ki, Eçmiedzenin rəhbəri II Qareginin bu mübarizədə bəlkə də birinci hədəfi Paşinyanı iqtidardan devirməkdir. Çünki 2018-ci ilin may ayında siyasi hakimiyyətə gələndən sonra Paşinyanla II Qaregin arasında soyuq küləklər əsməyə başladı. Bunun da tək səbəbi o idi ki, Paşinyan baş keşişin hakimiyyətin işinə qarışmasına əngəl olurdu.

Ona görə də bu gün II Qaregin oyundan kənarda qalıb. Bunun da tək səbəbi Paşinyanın qəti addımlarıdır. Bu səbəbdən son il yarımda erməni kilsəsi açıq siyasi mübarizəyə başlayıb. Son zamanlar təşkil edilən etiraz mitinqlərinin önündə də erməni keşişləri gedir.

Təbii ki, hakimiyyət də boş dayanmır.                                   

Dağıdıcı, destruktiv Eçmiedzeni islah etmək üçün zəruri addımlar atılır. Son bir ildə Eçmiedzenin 10-a yaxın ali təmsilçisi həbs olunub. Proses bu gün də davam edir.
 

Hakimiyyətə qarşı nifrətə köklənən II Qaregin belə vəziyyətdə maskalanaraq xalqın xilaskarı kimi çıxış etmək istəyir, hakimiyyətdən narazı qüvvələrin sırasında yer alır. Təbii ki, revanşistlər də bu nifrətdən faydalanmaq istəyir. Sarkisyan-Koçaryan cütlüyü hakimiyyətə nifrət edən erməni kilsəsinin imkanlarından öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar.


Amma görünən odur ki, həm revanşistlər, həm də kilsə niyyətlərinin hasil olacağına o qədər də inanmırlar. Amma son cəhdlərini etmək istəyirlər.

Revanşistlərin liderlərindən biri, sabiq prezident Serj Sarkisyan bir neçə həftə əvvəl verdiyi müsahibəsində gələcək hədəflərindən də danışıb:

“Mənim iki şəxsi hədəfim var: birincisi – bu rejimin devrilməsi, ikincisi –dostlarımın Bakı həbsxanalarından geri qaytarılması. Bundan başqa heç nə istəmirəm. Kim nə istəyirsə, buyurub hamısını özü götürsün.”

Sarkisyan niyə Bakıdakı dostlarından bu qədər narahatdır?

Məlumdur ki, Azərbaycanın xüsusi xidmət orqanlarının saxladığı və hazırda məhkəmə qarşısında cavab verən insanlıq düşmənləri Sarkisyanın ən yaxın silahdaşları və biznes ortaqları olub. Məhkəmə prosesində onların cinayətləri bir-bir üzə çıxır. Sarkisyanın da, Köçəryanın da qorxduqları odur ki, məhkəmə prosesində onların cinayətləri barədə daha dəhşətli faktlar ortaya çıxacaq. Nəticədə, onlar da bir gün məhkəmə qarşısında cinayətlərinə görə cavab verməli olacaqlar.

Məhz bu səbəblərə görə, Sarkisyan və Köçəryan həm sülh prosesinə əngəl olmaq istəyir, həm də özlərinin fiziki möcudluqlarını qoruyub saxlamağa çalışırlar.

Geriyə yol yoxdur...

Ermənistan hökuməti və erməni xalqı yeni bir yola çıxıb. Bu yol mehriban qonşuluqdan və davamlı sülhdən keçir. Həmin yolda düşmənçilik və qisas elementlərinə yer yoxdur.

Ona görə də, Ermənistan cəmiyyətində hazırda filtrasiya gedir. Keçmiş eyforiyalarla yaşayan ultra-millətçilər və təxribatçılar zərərsizləşdirilir, gələcəyi və inkişaf yolunu seçənlərlə isə sülh yolunda addımlar atılır...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO