ABŞ, Kanada, Britaniyanın öz diplomatlarını Ukraynadan çıxarmaları nəyə işarə edir? Rusiyanın da son rəsmi bəyanatlarındakı kimi savaş olmayacaqsa, Qərb siyasətçilərinin geri çağırılmasının səbəbi nədir? Belə çıxır ki, onlar geniş auditoriyaya açıqlanmayan nəyisə bilir və ya qəsdən vəziyyəti gərginləşdirilər?
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Ukraynadakı hərbi-siyasi böhran Donbasda döyüşlərin bərpa olunmasına gətirə bilər:
MÖVZU İLƏ BAĞLI:
Rusiya raketlərini daşıyan maşın karvanı Krımda – VİDEO
"Ukrayna Donbası işğaldan azad etməyə çalışır".
Bizim.Media-ya danışan Milli Cəbhə Partiyasının sədr müavini Rusiyanın Ukraynaya qarşı informasiya savaşı apardığını da bildirib.
"Bu isə Ukraynada terror aktlarına da yol açır", - cümləsini Əsədullazadə 5 əsgərin ölümü insidentinə bağlayıb. O ki qaldı Qərbin diplomatlarını Ukraynadan çıxartmasına:
"Əsasən ABŞ, Kanada və Böyük Britaniya bunu edir. Çünki bu ölkələr Ukraynaya silah daşıyır. Onlar həm də Ukraynanı Donbassı azad etməyə təhrik edirlər. Bununla da Rusiyaya qarşı sanksiya tətbiq etməyə çalışırlar. Bütün sadalananlara paralel, müharibənin bərpası mümkündür. Rusiya Ukraynanın müəyyən nöqtələrinə zərbə endirə bilər. Bütün ssenarilərin mövcudluğuna görə, bu 3 ölkə diplomatlarını Ukraynadan çıxardıb".
Haşiyəyə çıxaraq qeyd edək ki, prosesin hansı tərəfin xeyrinə yekunlaşacağını təxmin etmək çətin olsa da, müttəfiqləri ayırd etmək asandır.
Lukaşenkonun dünənki "Ukraynanı qaytaracağıq" bəyanatı da Donbass məsələsində Minskin Moskvanın yanında olmasına dəlalət edir. Avropa Birliyi və NATO isə daha çox Ukrayna tərəfdədir. Bu isə güclərin qeyri-bərabərliyi və Zelenskinin qələbəsi ola bilər.
Bizim.Media