Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olundu - FOTO

Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olundu - FOTO

576316

Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran İslam Respublikasına səfər edərək, bu ölkənin xarici işlər naziri Seyid Abbas Ərağçi, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi və xarici işlər nazirinin müavini Kazem Qəribabadi ilə görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, görüşlərdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, xüsusilə İran Prezidentinin ölkəmizə səfərləri və bu səfərlər çərçivəsində Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında əldə olunmuş mühüm razılaşmalar əsasında münasibətlərdə yaranmış yeni mərhələyə uyğun olaraq iki ölkə arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, habelə dərin tarixi, dini və mədəni bağlara əsaslanan əməkdaşlığın genişləndirilməsinə yönələn dialoqun davam etdirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.
 

Müzakirələrdə, həmçinin iki ölkə arasında həyata keçirilən enerji, nəqliyyat, infrastruktur və logistika layihələrinin icrası vəziyyəti, Xəzər dənizində əməkdaşlıq məsələləri, habelə regionda maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələləri nəzərdən keçiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO