Zakir Həsənov Özbəkistana səfər edib - FOTO

Zakir Həsənov Özbəkistana səfər edib - FOTO

Hazırda oxunan: Zakir Həsənov Özbəkistana səfər edib - FOTO

576286

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 20-də "Birlik-2025" təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Özbəkistana səfər edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə baş tutub.

Qeyd olunub ki, nazir Səmərqənd şəhərində özbəkistanlı həmkarı ilə görüşüb.
 

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.


Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO