Avropa İttifaqı Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir.
Oktyabrın 19-20-də Lüksemburq şəhərində baş tutacaq iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:17 / 19.10.2025
Azərbaycan Avropa İttifaqı Şurasının iclasında təmsil olunacaq
Hazırda oxunan: Azərbaycan Avropa İttifaqı Şurasının iclasında təmsil olunacaq
Hazırda oxunan: Azərbaycan Avropa İttifaqı Şurasının iclasında təmsil olunacaq
576108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.