Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, Türkiyə lideri bu barədə "X" hesabında paylaşım edib.
"Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyinin Bərpası Gününü ürəkdən təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına ən səmimi salamlarımı çatdırıram", - Ərdoğan qeyd edib.
Bizim.Media