Fransalı senator: “İlham Əliyev heyranedici diplomatik fəaliyyət nümayiş etdirdi” - EKSKLÜZİV

Fransalı senator: “İlham Əliyev heyranedici diplomatik fəaliyyət nümayiş etdirdi” - EKSKLÜZİV

Hazırda oxunan: Fransalı senator: “İlham Əliyev heyranedici diplomatik fəaliyyət nümayiş etdirdi” - EKSKLÜZİV

575972

“Ümid edirəm ki, Fransa Azərbaycanla ciddi münasibətləri yenidən quracaq”. 

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Qule deyib. 

Azərbaycan və Fransa liderlərinin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitndəki dialoqunu şərh edən siyasətçi, sülh prosesi dövründə münasibətlərinin normallaşdırılmasının əhəmiyyətindən danışıb:

“Sülh prosesi artıq reallığa çevrilib və ədalət bərpa olunub. Prezident Tramp çox yaxşı iş gördü. Təəssüf ki, fransız siyasətçilərinin (məndən başqa) hamısı Ermənistanın tərəfini tutdu. Ümid edirəm ki, bu səhifə artıq bağlanıb və biz yeni əsaslarla münasibətlərə yenidən başlaya bilərik.

Prezident İlham Əliyev heyranedici diplomatik fəaliyyət nümayiş etdirdi. Gəlin ölkələrimiz arasında etimadı yenidən quraq”.

Fransalı siyasətçi əlavə edib ki, prezident Makron tezliklə Azərbaycana səfər etməli və rerallıqları öz gözü ilə görməlidir:

“Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayevanın gördüyü əla iş öz nəticəsini verəcək. Mən buna əminəm. Lakin etimad da zaman məsələsidir. Hər halda, Prezident İlham Əliyev və Prezident Emmanuel Makronu birlikdə görmək çox xoş idi. Ümid edək ki, ya Parisdə, ya da Bakıda bir görüş baş tutacaq. Prezident Makron sizin möhtəşəm ölkənizin reallığını öz gözləri ilə görəcək”, - deyə Fransa Senatının üzvü Natali Qule əlavə edib.

Qeyd edək ki, 2022-ci ildə Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamənin 296 senatordan 295-i lehinə, 1 nəfər senator isə əleyhinə səs verib.

Azərbaycanı dəstəkləyən yeganə senator isə uzun illərdir Senatda təmsil olunan Natali Quledir.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO