Bir çox ölkələrdə deputatların və ya parlamentin yaranma tarixi xüsusi gün kimi qeyd olunur. Bəzi dövlətlərdə parlamentin ilk iclası, bəzilərində isə millət vəkillərinin fəaliyyəti cəmiyyət qarşısında xüsusi olaraq dəyərləndirilir. Belə günlərdə deputatlar həm seçicilərlə görüşür, həm də qanunverici orqanın önəmini vurğulayan tədbirlər keçirilir.
Məsələn, Nepalda hər il iyun ayının 16-da “Parlament Günü” qeyd olunur.
Bu tarix ölkə tarixində seçilmiş Nümayəndələr Palatasının ilk iclasının baş tutduğu gündür. Maldiv adalarında isə parlamentin ilk iclasının keçirildiyi gün “First Day of Parliament” - rəsmi bayram statusu daşıyır və hər il dövlət səviyyəsində qeyd edilir.
Bundan əlavə, 30 iyun Birləşmiş Millətlər Təşkilatının qərarı ilə “Beynəlxalq Parlamentarizm Günü” kimi dünyada geniş qeyd olunur.
Azərbaycanda isə “Deputatlar Günü” və ya parlament üzvlərinə həsr olunan rəsmi peşə bayramı yoxdur.
Ümumiyyətlə belə bir günün keçirilməsinə ehtiyac varmı?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, belə bir günün təsis edilməsini vacib hesab etmir:
“Mənim xüsusi fikrim yoxdur açığı, heç ağlıma belə gəlməyib bu günə kimi. Təyin edilməsinə necə reaksiya verəcəyimi belə düşünmürəm. Belə bir günün qeyd edilməsi ilə bağlı söhbət gözlənilməz oldu deyərdim. Xüsusi əlahiddə hadisə hesab edə bilmirəm”, - deyə millət vəkili bildirib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:20 / 18.10.2025
Azərbaycanda “Deputatlar Günü” qeyd olunacaq?
Hazırda oxunan: Azərbaycanda “Deputatlar Günü” qeyd olunacaq?
Hazırda oxunan: Azərbaycanda “Deputatlar Günü” qeyd olunacaq?
575809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.