Məlahət İbrahimqızı: "Ramiz Mehdiyev xəyanətkardır"

Məlahət İbrahimqızı: "Ramiz Mehdiyev xəyanətkardır"

Hazırda oxunan: Məlahət İbrahimqızı: "Ramiz Mehdiyev xəyanətkardır"

575753

“Bugünlərdə ictimaiyyət arasında və mediada ən çox müzakirə edilən mövzu bir neçə gün bundan öncə Bakı şəhəri Səbail rayon məhkəməsinin qəbul etdiyi qərardır. Mətbuatda da dərc edildiyi kimi, məhkəmənin qərarına əsasən  CM-in 274-cü maddəsi - dövlətə xəyanət, 278-ci maddə - hakimiyyəti zorla ələ keçirmə və 193-1-ci maddə - cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması kimi ağır cinayət işləri üzrə Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə hakimiyyət hərisləri olsa belə, 200 illik dünya erməniləri, erməni lobbisinin və işğalçı Ermıənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər”.

Bizim.Media xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dövlətə xəyanət edənlər qanun qarşısında cavab verəcəklər:

“Azərbaycan xalqı hətta ölkəmizin ən çətin günlərində 1994 və 1995-ci illərdə dövlət çevrilişlərində belə Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sarsılmaz birlik nümayiş etdirib.
 

Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də Dövlətimizin Qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan Xalqını dünyada Qalib Xalq kimi tanıdan və beynəlxalq aləmdə  dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir. 


Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaq. 
Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcəkdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO