Azərbaycan Hindistanı dəstəklədi

Azərbaycan Hindistanı dəstəklədi

Hazırda oxunan: Azərbaycan Hindistanı dəstəklədi

575220

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) hazırkı sədri qismində Hindistanın 2026-cı ildə forum keçirmək təşəbbüsünü dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bu tədbir CICA platformasının Hindistan sədrliyi dövründə keçiriləcək ilk iclas olacaq.

Forum Hindistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Hindistan Beynəlxalq Münasibətlər Şurası (ICWA) tərəfindən təşkil olunacaq.

ICWA nümayəndə heyəti, qurumun sədr müavini Nutan Kapur Mahavarın rəhbərliyi ilə 9–10 sentyabr tarixlərində Bakıda keçirilən CICA-nın 13-cü forum iclasında iştirak edib.

Beləliklə, Azərbaycan həm təşkilatın hazırkı rəhbəri, həm də mühüm regional tərəfdaş kimi Hindistanın bu təşəbbüsünə rəsmi dəstəyini nümayiş etdirib. Bu addım Bakı və Dehlinin çoxtərəfli diplomatiya və regional təhlükəsizlik məsələlərində əməkdaşlığının dərinləşdiyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO